MİLLƏT VƏKİLİ 1-Cİ VİTSE -PREZİDENT MEHRİBAN ƏLİYEVANI TƏBRİK ETDİ

26-08-2017, 14:17           

AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVA

Çox hörmətli Mehriban xanım!
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Bütün ruhunuz və varlığınızla sevdiyiniz doğma Azərbaycanımıza övlad sədaqətilə xidmət etmək Sizin başlıca kredonuz və həyat tərzinizdir. Xeyirxah və humanist əməlləriniz, ölkəmizi dünyaya tanıtmaqda göstərdiyiniz fədəkarlıq Sizə böyük sevgi və rəğbət qazandırmışdır.
Ulu öndərimiz Heydər Əliyev siyasi irsinə və yoluna sədaqətiniz, möhtərəm prezidentimiz İlham Əliyevin sadiq silahdaşı kimi geniş xarakterli fəaliyyətiniz, dövlətçiliyimizə verdiyiniz əhəmiyyətli töhvələr Sizi uca zirvələrə aparmaqdadı.
Bu müqəddəs yolda Sizə uğurlar arzulayır, bir daha Sizi doğum günü münasibətilə bütün Ana Vətənçilər adından təbrik edirəm.


Dərin hörmət və ehtiramla, Fəzail Ağamalı
millət vəkili












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.