Rusiyanı QORXU altında saxlayan -Hacı Muradın KƏLLƏSİ

28-11-2017, 08:23           
Rusiyanı QORXU altında saxlayan -Hacı Muradın KƏLLƏSİ
Hacı Muradın və digər məşhurların kəlləsi

İki həftə öncə Ramzan Kadırov Vladimir Leninin nəşini və Hacı Muradın kəlləsini dəfn etməyə çağırıb. Kütləvi İnformasiya Vasitələri Lenin haqqında sözləri müzakirəyə başladılar və çox az adam deyilənlərin ikincisini fərq etdi. Leninlə hər şey çoxdan məlumdur, Hacı Murad isə yeni və maraqlı bir mövzudur.
Çeçenistanın başçısı kimi qeyd edilən bu adam - tarixdə ən uzun Rusiya-Qafqaz müharibəsinin əsas fiqurlarından biri, imam Şamilin sağ əli, Lev Tolstoyun eyniadlı əsərinin qəhrəmanıdır.

Şamil öyrədirdi ki, insanın mənşəyi önəmli deyil, mühüm olan onun döyüşlərdəki xidməti və ya Quranın təfsiridir. Hacı Muradın vətəni olan Avarıstanın sonuncu xanı 11 yaşlı Bulaçı dağlıq çayda boğmuşdu.

Dağıstanın Hunzax kəndində sadə bir ailədə böyüyən Hacı Murad şəxsi keyfiyyətlərinə görə hərbi başçıların və müşavirlərin naiblərindən biri idi.
Lakin Şamil yaşlanmışdı, yumşalmışdı və öz prinsiplərini dəyişdi: öz sevimli oğlunu Qazi Məhəmmədi varisi elan etdi. Ehtimal var ki, bu yerə özünü layiq görən Hacı Murad etiraz etməyə cəsarət tapdı, ona qarşı çıxdı və qaçdı.

Bəzi məlumatlara görə, Rusiyanın tərəfinə keçməyə hazırlaşan Hacı Murad danışıqlar aparırdı. Lakin sonradan fikrini dəyişərək din və müstəqillik uğrunda vuruşan döyüşçülərin sırasına qatıldı. Digər məlumatlarda isə onun sadəcə dağlarda gizləndiyi bildirilirdi.

1852-ci ilin 5 mayında Hacı Murad və onun dörd yoldaşı 300 kazak tərəfindən mühasirəyə alındı. Güllələr altında ölməzdən əvvəl 36 yaşlı naib 17 rəqibini öldürmüşdü. Bədəni döyüşlərin baş verdiyi Oncallı (hazırda Azərbaycan Qax rayonu) kəndi yaxınlığında basdırıldı. Kəlləsi isə Peterburq Hərbi-tibbi Akademiyasına gətirilmişdi. 1959-cu ildə yoxlama zamanı Akademiyanın əməkdaşı üzərində rus və ərəb hərfləri yazılan baş aşkar edir. Kəllənin üzərindəki yazılar onun Hacı Murada aid olduğundan xəbər veriridi. Tapıntı Antropologiya və Etnoqrafiya Muzeyinə (keçmiş Kunstkamera) təhvil verildi. "İnterfaks" agentliyi muzeyin federal rəhbərliyin nəzarətində olduğunu və kəllənin taleyilə 2015-ci ildən Mədəniyyət Nazirliyi komissiyasının məşğul olduğunu aydınlaşdırıb.

Ölümdən sonra bəraət

Deyirlər ki, insanlar mağaranın divarlarını boyamağa və ölülləri dəfn etməyə başladıqdan sonra meymun olmadılar. Müasir baxışlara görə, cəsədlə çirkin rəftar nadir hadisə deyildi. İbtidai dövrdə hannibalizm aclıqdan deyil, daha çox inanca görə tətbiq edilirdi. Sanki bununla döyüşçünün gücü qalib gələnə keçir.
Şimali Amerika hinduları baş dərisini soyurdular. Mərkəzi Afrika sakinləri üz cizgilərini qoruyub saxlamaqla başı yumruq boyda olana qədər balacalatmaqda, başın qurudulmasında böyük ustalıq qazanmışdılar.

Yeni Zelandiyalı maorilər ingilislərin yaşayış məntəqələrinin hasarlarını düşmənlərin başlarıyla bəzəməklə onları dəhşətə gətirirdilər. Lakin tarixə nəzər salsaq Londonda da bir qədər əvvəl edam edilənlərin kəlləsi hasarlara taxılırdı.

1857-1859-cu illərdə Hindistanda sipai üsyanı zamanı britaniyalılar üsyançıları topların ağzına bağlamışdılar. Hindular inanırdılar ki, cənnətə düşmək üçün cəsəd məzar tonqalında ayinlərin müşayiəti ilə yandırılmalıdır. Edamın bu cür növü isə onları əbədi xoşbəxtlik ümidindən məhrum edirdi. Bəzən ölüləri onlara olan hörmətdən dolayı dəfn etmirdilər: Misir mumiyaları, müqəddəslərin qalıqları, Lenin və Mao.

Müsəlmanların dəfn adətləri həmişə ciddi və vahid olub.

Müasir cəmiyyətdə bədəni məsxərəyə qoymaq və ya onu eksponata çevirməyin əxlaqsızlıq olması barədə fikirlər öz təsdiqini tapmışdır. Öldükdən sonra cəsədinin hörmətli şəkildə torpağa tapşırılması və ya odda yandırılması hər kəsin haqqıdır. Mərhumun istəyinə uyğun olaraq cəsədin külü okeana da səpilə bilər.
İnsan haqları konsepsiyasının ölülərə də şamil edildiyini demək olar.

Tapmacalar və qəribəliklər

Kim və niyə Hacı Muradın başını kəsib. Niyə Hərbi-tibbi Akademiya onun kəlləsini saxlamağı qəbul edib? Rusiyada bu cür ənənələr olmayıb.


"İnterfaks" agentliyinə verilən məlumatda mövzunun qəfildən deyil, təqribən iki il əvvəl elə Kadırov tərəfindən qaldırıldığı ehtimal edilib. Etiraf etmək lazımdır ki, hazırkı vəziyyətdə o haqlıdır və burada nəyisə həll etmək üçün uzun-uzadı düşünməyə ehtiyac yoxdur. Bəzi şeyləri ehtimal etmək olar.

Onun kəlləsinə Hacı Muradın bədəninin dəfn olunduğu Azərbaycanın (baş bədənlə birləşməlidir) və anadan olduğu və milli qəhrəmanı sayıldığı vətəni Dağstanın da iddiası var. Hidrokarbonla zəngin strateji cəhətdən önəmli olan qonşu dövlət və kifayət qədər problemi olan qürurlu respublika. İmtina ilə kimi küsdürmək olar?

"Dağıstan variantı" vəziyyətində isə qəbir ziyarətgaha çevrilərək anti-rus hisslərinin mərkəzi olmayacaqmı?

Bundan sonra hökumətin "az olan" qayğsısı daha da arta bilər./BBC/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.