Oliqarx Kərimovun işində Azərbaycan epizodu

14-02-2018, 19:46           
Oliqarx Kərimovun işində Azərbaycan epizodu
Ötən ilin noyabrında Fransanın Nitse şəhərində saxlanılan dağıstanlı milyarder-oliqarx Süleyman Kərimovun işində Azərbaycanla bağlı epizodlar meydana çıxıb. Virtualaz.org xəbər verir ki, bu haqda obozrevatel.com portalı yazır.

Bildirilir ki, İsveçrə prokurorluğu Kərimovun işində “Dagestanskiy obshak” epizodunu araşdırır və bu epizodla bağlı Rusiya tərəfinə sorğu göndərməyə hazırlaşır. Söhbət dağıstanlı məmur-mafiozların pullarının yuyulması və offşor zonalara ötürülməsindən gedir.


Xəbər verildiyi kimi bu il yanvarın 12-də Fransa polisi Süleyman Kərimovun Lacivərdi sahillərdə malikanə almaqda və maliyyə vəsaitlərinin yuyulması əməliyyatlarında yararlandığı isveçrəli biznesmen Aleksandr Ştudhalteri saxlayıb. Bu iş üzrə Fransada 13 fiqurant var. Fransa hüquq-mühafizə orqanları hesab edir ki, Kərimov qanunsuz yollarla ölkəyə 750 milyon avro gətirib, pulların bir hissəsi çemodanlarda daşınıb.

Kərimovun həbsindən sonra tezliklə işə ABŞ Maliyyə Nazirliyinin maliyyə əkş-kəşfiyyatı da qoşulub və Ştudhalterin Kərimovun xeyrinə həyata keçirdiyi bütün maliyyə tranzaksiyalarını Fransa XİN-ə təqdim edib. Bu tranzaksiyalar Kərimovun özünün və oğlunun adına olan, dünyanın çoxsaylı ölkələrində qeydiyyatdan keçmiş şirkətlərinə ötürülüb.


Habelə Kərimovun işində “Dagestanskiy obschak” epizodu da meydana çıxıb və İsveçrə prokurorluğu bu epizoda istinad edərək Rusiya Baş prokurorluğuna müraciət hazırlayır. Bildirilir ki, həmin epizodda Dağıstandan Türkiyə, Azərbaycan və Çinə bir sıra tranzaksiyalara dair məlumatlar yer alır. Pullar Mahaçqaladakı “Elbin Bank”dan köçürülüb və “boz” sxemlərin köməyi ilə Avropadakı hesablara ötürülüb.

“Elbin Bank” isə faktiki olaraq Dağıstan hökumətinin bu günlərdə həbs edilmiş keçmiş başçısı Abdusamid Həmidova məxsusdur. Bankın iri səhmdarlarından biri Həmidovun bacısı Bakanay Həmidovadır. Bankı Abdusamid Həmidovun böyük qardaşı Həmid Həmidov təsis edib, Abdusamid Həmidov 1993-cü ildən bankın idarə heyətinin sədri olub. Bu baxımdan ehtimal edilir ki, Dağıstandakı son həbslərin Kərimovun işi ilə bağlılığı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.