Azərbaycanda 20 məhkəmə hakimi işdən çıxarılıb

15-02-2018, 00:57           

Prezident Administrasiyasına hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı 2017-ci ildə xeyli azalıb.

“Ölkə.Az” xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə məhkəmə orqanlarının saflaşdırılması üçün ardıcıl tədbirlər görülmüş, Məhkəmə-Hüquq Şurası tərəfindən birinci instansiya və apellyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinsipial qiymətləndirilib, nöqsan və pozuntulara yol verdiyinə görə 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib.
PA rəsmisi bidirib ki, Azərbaycan polisinin fəaliyyəti nəticəsində əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb:

“Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə irəliləyərək 137 ölkə arasında 54-cü yerə çıxıb. Ötən il daxili işlər orqanları tərəfindən 1028 cinayətkar qrup zərərsizləşdirilib, 944,5 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb, 175 tona yaxın qanunsuz əkilmiş çətənə və xaş-xaş kolu məhv edilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi 14,5 faiz artaraq 84,9 faiz təşkil edib. Cinayətlərin ümumi sayı 2,7 faiz, yol-nəqliyyat hadisələri 8,6, qəzalarda ölənlərin sayı 1,2, xəsarət alanların sayı 14,2 faiz azalıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru