Azərbaycanda psixoloji yardımın meyarları müəyyən olunur – Yeni qanun layihəsi hazırdır

28-08-2018, 07:40           
Azərbaycanda psixoloji yardımın meyarları müəyyən olunur – Yeni qanun layihəsi hazırdır
Azərbaycanda uzun müddətdir müzakirə edilən "Psixoloji yardım haqqında" qanun layihəsi artıq hazırdır.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, qanun layihəsi Səhiyyə komitəsi tərəfindən hazırlanıb, müzakirələrdən keçib, müxtəlif əlaqədar nazirliklərdən, dövlət komitələrindən müsbət rəylər alınıb, aidiyyəti üzrə qeyri-hökumət təşkilatları, müxtəlif psixoloji mərkəzlərdə çalışan psixoloqlar qanun layihəsi ilə bağlı dinləmələrdə iştirak ediblər, işçi qrupunun tərkibində olublar.

Onun sözlərinə görə, qanun layihəsi hazırdır və yəqin ki, Milli Məclisin payız sessiyası zamanı plenar iclasa çıxarılacaq və qəbul olunacaq.

Qanun layihəsinin mahiyyətinə toxunan M.Quliyev qeyd edib ki, Azərbaycanda hələ sovet dövründən psixoloji yardım göstərilir:

"Sovet dövründən böyük zavodlarda, fabriklərdə psixoloq ştatları olurdu, o cümlədən ali məktəblərdə, orta təhsil müəssisələrində psixoloji yardım göstərilirdi. Bu gün də istər dövlət, istərsə də özəl müəssisələrdə psixoloq xidmətləri var, kifayət qədər özəl psixoloji kabinetlər, psixoloq yardımı mərkəzləri fəaliyyət göstərir. Ancaq bunların hamısı pərakəndə şəkildə işləyir, psixoloqların peşə tələbləri standartı yoxdur. Bu baxımdan qanun layihəsində kimin psixoloq ola bilməsi, kimin hansı sahədə psixoloji yardım göstərə bilməsi, psixoloji yardımın kriteriyaları və s. məsələlər öz əksini tapıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru