Körpə Erkin dünyaya göz yumdu...

7-11-2018, 22:12           
Körpə Erkin dünyaya göz yumdu...
Bir il ağır xəstəliklə mübarizə aparan körpə dünyasını dəyişdi

3 yaşlı Erkin Salmanov onkoloji xəstəlikdən dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O, Erkinin ötən gün gecə saatlarında dünyasını dəyişdiyini bildirib: “Sosial şəbəkələrdə yayılan məlumatlardan sonra Erkinin ailəsi ilə tanış olduq, ona dəstək olmağa çalışdıq. Erkin haqda məlumat aldıqda onun uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkdiyini öyrənə bildim. Bədənində şiş vardı. Bir ildən artıq idi ki, xarici ölkələrin birində müalicə alırdı”.

Birliyin sədri Erkinə dəstək aksiyalarından da söz açıb: “Erkinə dəstək üçün müxtəlif aksiyalar təşkil olundu. Lakin təəssüflər olsun ki, mələyimizi qoruya bilmədik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.