Fransanın şimal-şərqində yerləşən Şarlevil-Mezyer şəhərində yaşayış binası uçub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, binanın uçması nəticəsində ölənlərin və yaralananların olması barədə xəbər verilmir.
Bildirilir ki, insident yerli vaxtla saat 19:20 radələrində baş verib. Yaxınlıqdakı binalardan ümumilikdə 50 nəfərə yaxın insan təxliyə edilib.
Xatırladaq ki, noyabrın 5-i Marsel şəhərində 3 yaşayış binası uçub. Binaların uçması nəticəsində 6 nəfər həlak olub, axtarış xilasetmə işləri davam etdirilir.