Bakıda “moyka”da qətl: Bacısının sevgilisinin şah damarını kəsdi

8-11-2018, 23:23           
Bakıda “moyka”da qətl: Bacısının sevgilisinin şah damarını kəsdi
Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib.
Teref.az-ın “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, həmin qəsəbədə yaşayan Murad Quliyev bacısı oğlu ilə birgə icarəyə götürüb işlətdiyi avtoyuma məntəqəsində qətlə yetirilib. Onu Qəbələdən olan Elvin adlı şəxs öldürüb.

Elvin dünən günorta saatlarında Muradın işlətdiyi “moyka”ya gəlib və bıçaqla onun boyun hissəsindən şah damarını kəsib. M. Quliyev elə hadisə yerindəcə dünyasını dəyişib.

Məlumata görə, qətl hadisəsi namus üstündə törədilib. Hadisəni törədən Elvinin bacısı ilə qətlə yetirilən Muradın qeyri-rəsmi münasibəti olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.