FTX həbslərə başladı: Qarabağ savaşında iştirak edən rus...

10-11-2018, 11:06           
FTX həbslərə başladı: Qarabağ savaşında iştirak edən rus...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ryazanda E.N.O.T. təşkilatının bir neçə üzvünü həbs ediblər.

Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Təşkilat yetkinlik yaşına çatmayan şəxsləri öz fəaliyyətinə cəlb etdiyi üçün FTX-nın maraq dairəsinə düşüb. Belə ki, bu təşkilat yetkinlik yaşına çatmayan uşaqlara xüsusi düşərgələrdə atəş açmaq və partlayış həyata keçirməklə bağlı təlimlər keçiblər.

Qeyd edək ki, E.N.O.T. özəl hərbi şirkətinin əsas ideoloqu və yaradıcısı İqor Manquşev sayılır. Manquşev həmçinin “Parlaq Rus” millətçi hərakatının da rəhbəridir. Onun özəl hərbi şirkəti Donbas, Suriya və Dağlıq Qarabağdakı savaşlarda iştirak edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.