Gömrükdə növbəti dəfə əcaib faktın üstü açıldı

12-11-2018, 11:58           
Gömrükdə növbəti dəfə əcaib faktın üstü açıldı
Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağından 5 ədəd bükümdə, ümumi çəkisi 170 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə-heroin və 5 ədəd "metadon" həbləri aşkar edilib

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İrandan Azərbaycana gələn İran İslam Respublikasının vətəndaşı Mesgar Ali Mohammadesmaeil gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağından 5 ədəd bükümdə, ümumi çəkisi 170 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə-heroin və 5 ədəd "metadon" həbləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru