Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15-11-2018, 07:40
Mərkəzi Amerika ölkələrindən ABŞ sərhədinə kimi gələn miqrantların bəziləri sərhəd hasarına çıxıblar.
Trend-in məlumatına görə, hadisə çərşənbə günü baş verib. Miqrantlar bir müddət hasarda oturublar. Onlardan biri hətta ABŞ sərhədini keçib, lakin sonra yenidən qayıdıb. Hadisə yerində ABŞ-ın sərhəd mühafizəsi zabitləri miqrantları müşahidə ediblər.