Rusiya Kosmosa 2 tondan çox su göndərdi

17-11-2018, 08:13           
Rusiya Kosmosa 2 tondan çox su göndərdi
Rusiya, Qazaxıstandakı Baykonur Kosmos Bazasından kosmosa, 2,5 ton ağırlığında su, yanacaq və müxtəlif materiallar göndərib.

Open.az Lenta.ru-ya istinadən xəbər verir ki, Kosmos Bazasından atılan Soyuz-FG yük raketi Bakı saatı ilə 22.:14-də havalanıb. Atılan raketin havalanması zamanı hər hansı bir problem yaşanmayıb. Raketin Beynəlxalq Kosmos Stansiyasına səfəri isə davam edir.

Qeyd edək ki, oktyabrın 11-də Baykonur Kosmos Bazasından Beynəlxalq Kosmos Stansiyasına göndərilən yük raketi havaya qalxdıqdan qısa müddət sonra partlamışdı. 30 oktyabr tarixində yeni bir raket göndərmək üçün hərəkətə keçən Rus Aviasiya və Kosmos Agentliyi (Roskosmos) müxtəlif səbəblərlə raketin uçuş vaxtını 16 noyabr tarixinə təxirə salmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.