Məşhur avtoritet “Şeyx Həmzət”ə sui-qəsd: 1 nəfər öldü (VİDEO)

2-12-2018, 10:20           
Məşhur avtoritet “Şeyx Həmzət”ə sui-qəsd: 1 nəfər öldü (VİDEO)
Bu saatlarda Almaniyada çeçen mənşəli məşhur kriminal avtoritet, "Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirova qarşı sui-qəsd edilib.

Teref.az aztoday.az-a istinadən xəbər verir ki, Berlinin Kudamm (Kurfürstendamm) rayonunda baş verən hadisə zamanı bir nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Təcili tibbi yardım maşınları və polis hadisə yerinə cəlb edilib.

Soydaşlarımızın verdiyi məlumatda bildirilir ki, "Şeyx Həmzət” sui-qəsddən sağ qurtula bilib.

Sui-qəsdi həyata keçirənlərin kimliyi məlum deyil. Hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışırıq.

Qeyd edək ki, Həmzət Qastəmirov 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru