“Lotu Quli” Bakıya gətirildi - EV DUSTAĞIDIR

2-12-2018, 10:48           
“Lotu Quli” Bakıya gətirildi - EV DUSTAĞIDIR
Ölkədə və ondan kınarda “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov (İsmayılov) hazırda Bakıdadır.

Teref.az xəbər verir ki, bu barədə Musavat.com-un əməkdaşına onun yaxın dostlarından biri danışıb. Müsahibin bildirdiyinə görə, N.Səlifov ötən həftənin şənbə günündən Bakıya gətirilib. Verilən xəbərə görə, N.Səlifovun ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib və hazırda “Quli” ev dustağı şəraitində saxlanılır.

Qeyd edək ki, N.Səlifov Azərbaycan həbsxanalarında 22,5 il cəza çəkdikdən sonra ötən ilin oktyabr ayında azadlığa buraxılıb və dərhal da ölkəni tərk edərək Türkiyəyə yerləşib. Ancaq iki aydan artıqdır ki, Rusiya Federasiyası onun barəsində çoxsaylı şikayətlər olduğunu əsas gətirərək, N.Səlifovun Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini istəyirdi, Türkiyə isə bu “göstərişi” yerinə yetirmək istəmirdi. Belə görünür ki, artıq çıxış yolu tapılıb – “Quli” uzun illər cəza çəkdiyi ölkəyə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru