Bolqarıstanda 71 yaşlı şəxs tapança ilə prezidentin iqamətgahına soxulub

4-12-2018, 06:15           
Bolqarıstanda 71 yaşlı şəxs tapança ilə prezidentin iqamətgahına soxulub
Bolqarıstanda iki dolu patronu olan tapança ilə silahlanmış 71 yaşlı təqaüdçü ölkə prezidenti Rumen Radevin iqamətgahına daxil olub.

Bu barədə "Report" BTA agentliyin istinadən məlumat verir.

Bildirilir ki, silahlı şəxs Prezident Administrasiyasının əməkdaşlarını hədələyib.

Jandarmeriya əməkdaşları onu yaxalayıb. Hazırda 71 yaşlı şəxsin bu hərəkətinin səbəbi araşdırılır.

Prezident Rumen Radev hadisə hadisə zamanı iqamətgahda – iş yerində olmayıb. Onun həmin vaxt Polşada BMT-nin iqlim dəyişikliyi məsələləri üzrə keçirdiyi ümumdünya konfransında iştirak etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru