Almaniyada naməlum şəxslər metroya qaz buraxıb, xəsarət alanlar var

4-12-2018, 06:18           
Almaniyada naməlum şəxslər metroya qaz buraxıb, xəsarət alanlar var
Almaniyada naməlum şəxslər metroya qaz buraxıb.

"Report"un məlumatına görə, bu barədə "Der Spiegel" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Köln şəhərində baş verib. Hadisə nəticəsində 15 nəfər zərər çəkib. Hazırda polis müşahidə kameralarındakı görüntüləri araşdırır və şahidləri dindirir.

Hüquq-mühafizə orqanları cinayətkarların axtarışına başlayıb. Hadisənin səbəbi hələ məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.