Dünyanın ən yaşlı pişiyi it-bata düşdü

4-12-2018, 06:32           
Dünyanın ən yaşlı pişiyi it-bata düşdü
27 yaşlı Velvet ləqəbli pişik öz sahibindən qaçıb. 2015-ci ildə onu dünyanın ən yaşlı pişiyi elan etmişdilər. Amerikanın Oreqon ştatı sakini olan Eşli Okura ev heyvanının şəklini İnstaqramda paylaşıb və bildirib ki, pişik 9 oktyabrda açıq qapıdan qaçıb.

Həmin gündən etibarənsə onu görmək mümkün olmayıb: “Mən çox pis darıxıram və ümid edirəm ki, pişiyim geri qayıdacaq. Amma məntiq deyir ki, Velvet geri qayıtmayacaq”.

Pişik Ginnesin Rekordlar kitabına 2015-ci ildə düşüb. Sahibinin sözlərinə görə, Velvet 1989-cu ildən bəri onunla yaşayır. Həmin vaxt indiki sahibəsinin 7 yaşı olub. Velvet siçan tutmağı və oyun oynamağı sevirmiş. Bu il may ayında isə onun rekordunu 30 yaşlı, Skuter ləqəbli siam pişiyi əlindən alıb. O da Teksas sakini Qeyl Floyda məxsus olub. Həmin pişiksə dünyanın ən yaşlı pişiyi adını alandan bir neçə gün sonra tələf olub.



Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru