Bakıda 6 saatın içində evdən dollar, avro, qızıl-zinət əşyalarını daşıyıblar

5-12-2018, 07:19           
Bakıda 6 saatın içində evdən dollar, avro, qızıl-zinət əşyalarını daşıyıblar
Ev sahibi cəmi 6 saat evdə olmayıb, qapını açarla açaraq evdə nə varsa, hamısını aparıblar, polis oğruların izinə düşüb
Suraxanı rayonunda naməlum şəxslər Bakı sakininin evindən külli miqdarda pul aparıblar. Bu barədə Sputnik Azərbaycan-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Oğurluğun qurbanı Qaraçuxur qəsəbəsinin sakini, 1981-ci il təvəllüdlü Qurbanzadə Vasif Zahid oğlu olub. Dekabrın 1-də ev sahibi cəmi 6 saat evdə olmayıb. Bu müddət oğruların evə girməsi və evi qarət etməsi üçün kifayət edib. Cinayətkarlar açar seçmə üsulu ilə mənzilin qapısını açaraq içəri daxil olublar. Onlar evdən 36 851 ABŞ dolları, 300 avro евро, 620 manat və 7 min manat dəyərində qızıl-zinət əşyalarını aparıblar.

Hələlik oğurluq faktı ilə bağlı heç kəs saxlanılmayıb. Lakin əməliyyatçılarda bəzi ip ucları var və tezliklə cinayətin üstü açılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.