İordan çayının Qərb sahilində 6 yəhudi atəşə tutularaq yaralanıb

10-12-2018, 07:00           
İordan çayının Qərb sahilində 6 yəhudi atəşə tutularaq yaralanıb
Bazar günü İordan çayının Qərb sahilində avtobus dayanacağı yaxınlığından keçən avtomobildən açılan atəş nəticəsində azı 6 israilli yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndələrinə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, hərbçilər avtomobilə atəş açıblar, lakin hücum edən şəxs ərazidən uzaqlaşa bilib. Hazırda təhlükəsizlik qüvvələri caninin axtarışlarını davam etdirirlər.

Bundan əvvəl Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalar zamanı 33 fələstinli xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru