ABŞ-da qar və çovğuna görə 1,3 mindən çox aviareys təxirə salınıb

10-12-2018, 07:12           
ABŞ-da qar və çovğuna görə 1,3 mindən çox aviareys təxirə salınıb
ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında qar və çovğuna görə 300 mindən çox enerji təchizatının pozulması faktı qeydə alınıb.

Trend-in məlumatına görə, oxşar hallar Alabama, Corciya, Tennesi və Virciniya ştatlarında da baş verib. Şimali Karolina ştatının qubernatoru deyib ki, hava şəraiti 500 min insanı işıqsız qoya bilər.

Ştatın "Şarlott" adlı hava limanında qara görə mindən çox aviareys təxirə salınıb. "The New York Times" qəzetinin məlumatına görə, Şimali və Cənubi Karolinanın bütün hava limanlarında bu göstərici 1,3 minə bərabərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru