Bu gün dünya birjalarında neft qiymətlərinin ucuzlaşması davam edib.
Axar.az xəbər verir ki, ötən həftəni bir barrel üçün 61,67 dollar ilə başa vuran “Brent” bazar ertəsi 1,78 dollar dəyər itirərək, 59,89-a düşüb.
VTİ markalı neft də 1,77 dollar ucuzlaşıb və 50,84 dollar olub.
Qeyd edək ki, OPEK+ ölkələrinin ötən həftə gündəlik hasilatı gələn il üçün 1,2 milyon barrel azaltmaqla bağlı qərarından sonra neftin qiymətinin stabilləşəcəyi gözlənilirdi.