Strasburqda insanlara atəş açan şəxsin fotosu dərc olunub - FOTO

12-12-2018, 06:43           
Strasburqda insanlara atəş açan şəxsin fotosu dərc olunub - FOTO
Dekabrın 11-də Fransanın Strasburq şəhərində insanlara atəş açmaqda şübhəli bilinən şəxsin şəkili yayılıb.

“Report” xəbər verir ki, cinayətkarın fotosu "BNL News" nəşrinin "Twitter" səhifəsində dərc olunub.

Caninin şəxsiyyəti müəyyən edilib. O, 29 yaşlı Strasburq sakini Şərif Şekatdır. Bu şəxs terrorçuluqda şübhəli bilinənlər siyahısındadır. O, dekabrın 11-də qətl işi üzrə tutlmalı idi, lakin evdə tapılmayıb.

BFMTV telekanalının məlumatına görə, onun evində axtarış zamanı bir neçə qumbara aşkar olunub.

Bundan əvvəl Strasburqda atışma zamanı ölənlərin sayı 4 nəfərə çatıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru