Fransada ermənilərdən ibarət cinayətkar qrup həbs edildi

12-12-2018, 09:32           
Fransada ermənilərdən ibarət cinayətkar qrup həbs edildi
Fransanın Lyon şəhərində polisin həyata keçirtdiyi əməliyyat nəticəsində ermənilərdən və gürcülərdən ibarət cinayətkar dəstə həbs edilib.

Sfera.az xəbər verir ki, Fransa polisinin verdiyi məlumata görə əməliyyata 300 polis cəlb edilib. Əməliyyat zamanı 12 nəfəri erməni olmaqla, ümumilikdə 22 dəstə üzvü həbs edilib. Fransa və Belçikada özlərinə geniş şəbəkə qurmuş cinayətkar dəstə evləri, iş yerlərini, ticarət mərkəzlərini qarət etməklə məşğul imişlər.

Gürcustan Daxili İşlər Nazirliyinin kriminal polis şöbəsinin müdiri Vladimir Bortsvadze, həbs edilənlər arasında Gürcistan pasportu daşıyan 10 nəfərin olduğunu təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru