Amerika sakini itkin düşmüş atasının skeletini 57 il sonra öz evində tapıb

15-12-2018, 07:42           
Amerika sakini itkin düşmüş atasının skeletini 57 il sonra öz evində tapıb
ABŞ-ın Nyu-York ştatının Saffolk dairəsinin sakini Mayk Kerroll övladları ilə birlikdə şəxsi evinin zirzəmisində itkin düşmüş atasının sümüklərini aşkarlayıb.

Bu barədə "Report" "New York Post"a istinadən xəbər verir.

Bildirilir ki, Mayk Kerroll bununla bağlı polisə müraciət edib. Hüquq-mühafizə orqanları tapılan sümüklərin Maykın atası Corc Kerrolla məxsus olduğunu təsdiqləyiblər.

Məlumata görə, Corc Kerroll 1961-ci ildə, oğlu 8 aylıq olarkən itkin düşüb. Mayk həyatı boyu atasının sonrakı taleyini araşdırmağa çalışıb.

Maykın sözlərinə görə, falçı ona deyib ki, qohumunu evin zirzəmisində axtarmaq lazımdır. Atası orada diri-diri dəfn olunub. O, zirzəmini eninə və uzununa qazıb və sonda istəyinə nail olub.

Polis hadisəni qətl işi kimi araşdırır. İlkin versiya kimi Corc Kerrollun başına küt alətlə zərbə ilə öldürülməsi nəzərdən keçirilir.

Mərhumun oğlu isə bildirib ki, araşdırmaları davam etdirmək istəmir. Çünki o, atasını tapmaq arzusunu həyata keçirib.

Xatırladaq ki, Florida ştatının 88 yaşlı sakini Jenevyeva Purinton da ölmüş zənn etdiyi qızını 69 il sonra tapıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru