Qanada Mahatma Qandini irqçilikdə ittiham edərək abidəsini söküblər

15-12-2018, 07:57           
Qanada Mahatma Qandini irqçilikdə ittiham edərək abidəsini söküblər
Afrikalılar Hindistanın milli azadlıq hərəkatının lideri Mahatma Qandini irqçilikdə ittiham edərək, onun Qana universitetində, Akkradakı abidəsini söküblər.

"Report"un məlumatına görə, bu barədə "The Guardian" qəzeti bildirib.

Qeyd edilir ki, abidənin sökülməsi uzun mübahisələrə səbəb olub. Afrikalılar Qandini qaradərililərə münasibətdə irqçi ifadələrdə və hindilərin zəncilərdən yüksək statusa malik olmasına əminlikdə ittiham ediblər.

"Bu, qanalıların böyük qələbəsi idi. Çüki abidə daim bizə lüzumsuzluğumuzu xatırladırdı", - deyə ali məktəb tələbələrindən biri abidənin sökülməsindən sonra deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.