“Əl-Qaidə” çox təhlükəli silah hazırlayır

23-12-2018, 20:11           
“Əl-Qaidə” çox təhlükəli silah hazırlayır
“Əl-Qaidə” beynəlxalq terror təşkilatı sərnişin təyyarələrini vurmağa imkan verən texnologiyalar üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, "Times" qəzetinin yaydığı məlumata görə, bunu Böyük Britaniyanın təhlükəsizlik məsələləri üzrə naziri Ben Uolles bildirib. O, kəşfiyyat məlumatına istinadla qeyd edib ki, təyyarələri vurmaq üçün miniatür bombalardan və partlayıcı yüklənmiş dronlardan istifadə edilə bilər.

Təhlükəsizlik xidmətlərindəki mənbələr bildiriblər ki, bomba çatdırmaq üçün nəzərdə tutulan dronların eskizləri Britaniyada aparılan təhqiqatlar zamanı aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru