Arvadını toy günü öldürdü - İsmayıllıdakı qətlin təfərrüatı

24-12-2018, 10:45           
Arvadını toy günü öldürdü - İsmayıllıdakı qətlin təfərrüatı
Xəbər verildiyi kimi İsmayıllıda 65 yaşlı qadın qətllə yetirilib. Rayonun Gərabəyli kəndində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundovanın meyiti kənddə evinin həyətində tapılıb. Bu gün isə həmin qətlin bəzi təfərrüatı məlum olub.

Rayonun Gəraybəyli kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Əzizə Axundovanı 74 yaşlı həyat yoldaşı öldürüb:

“Onlar 47 il bir yerdə ömür sürüblər. Əmi oğlu, əmi qızıdırlar, 3 övladları var. Hamısı ailə qurub, uşaqları var. Qətl günü onların toy günü imiş. Aralarında mübahisə düşüb. Kişi qadının başından bir neçə dəfə balta ilə vurub. Bundan ürəyi soyumayaraq ipi boğazına keçirib və boğub. Sonra da meyiti kollar arasında gizlədib. Kişi həyat yoldaşını öldürməyi ilə bağlı məktub yazıb. İndi hamı onu axtarır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru