Tanınmış akademikin böyrəkləri fəaliyyətini dayandırdı - Vəziyyəti ağırdır

26-12-2018, 08:05           
Tanınmış akademikin böyrəkləri fəaliyyətini dayandırdı - Vəziyyəti ağırdır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun səhhəti ağırlaşıb.

Medicina.azın "Ölkə.Az"a istinadən məlumatına görə, 68 yaşlı akademikin böyrəkləri fəaliyyətini dayandırıb. Həkimlər onu xəstəxanada müalicə edə bilmədiyindən evə buraxıblar.

Ramiz Məmmədov səhhətində yaranan ciddi problemlər üzündən bir neçə vaxtdır ki, işə çıxa bilmir.

Xatırladaq ki, akademik R.Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstan SSR-in Qardabani rayonunun Qaracalar kəndində anadan olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru