Yaponiyada yakudza qanqsterlərinin keçmiş rəhbəri edam olunub

27-12-2018, 07:39           
Yaponiyada yakudza qanqsterlərinin keçmiş rəhbəri edam olunub
Yaponiyada yakudza qanqsterlərinin keçmiş rəhbəri, 60 yaşlı Keydzo Okamoto və onun 67 yaşlı silahdaşı, sabiq maliyyəçi Hiroya Suemori cümə axşamı Osaka şəhərində asılaraq edam edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, onlar 1988-ci ildə törədilən ikiqat qətl işinə görə ölüm hökmünə məhkum ediliblər. Cinayətkarlar həmin vaxt investisiya şirkətinin prezidentini və onun katibini oğurlayaraq qətlə yetiriblər. Onlar girovlardan 900 min dollar götürərək onların meyitlərini tikilməkdə olan evin təməlinə betonlayıblar.

Edam ədliyyə naziri Takasi Yamasitinin əmri ilə icra olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru