Bakıda 14 yaşlı qız itkin düşdü - Məktəbə gedəndə

29-12-2018, 09:19           
Bakıda 14 yaşlı qız itkin düşdü - Məktəbə gedəndə
Bakıda azyaşlı qız itkin düşüb.

Teref.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 22 j ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Camallı Xədicə Ramiz qızı dekabrın 27-də səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumata görə, X.Camallı səhər saat 08 radələrində məktəbə getmək adı ilə evdən çıxıb.

Faktla bağlı araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru