Rotterdamda terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər tutulub

30-12-2018, 07:12           
Rotterdamda terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər tutulub
Hollandiyanın Rotterdam şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər həbs olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli Teleradioyayım Korporasiyası məlumat yayıb.

Bildirilir ki, həbslərin həyata keçirildiyi evlərdə axtarış aparılır.

"Dörd nəfər saxlanılıb. Hazırda polis onlardan gələn terror təhlükəsinin xarakter və miqyasını daha detallı şəkildə öyrənməyə çalışır", - deyə məlumatda bildirilir.

Tutulan şəxslərin adları və milli mənsubiyyətləri açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru