İntihar edən şagirdin anası həkimləri də günahlandırıb - Səhiyyə Nazirliyindən CAVAB

10-04-2019, 19:23           
İntihar edən şagirdin anası həkimləri də günahlandırıb - Səhiyyə Nazirliyindən CAVAB
Aprelin 4-də Bakının Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı müzakirələr səngimək bilmir. Mərhumun anası Sevil Hacıyeva qızının intiharından danışarkən məktəbin direktoru ilə yanaşı, Səhiyyə Nazirliyini də günahlandırıb.

O bildirib ki, qızına vaxtında müdaxilə edilmədiyindən, işləməyən aparata qoşulduğundan dünyasını dəyişib. Eyni zamanda, qeyd edilir ki, Elina intihar etdikdən təxminən 2 saat sonra təcili tibbi yardıma müraciət edilib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bildirib ki, şagirdin ölümü ilə bağlı araşdırmalar davam edir:

“Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır, ekspertiza aparılır. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma gedir. Araşdırma aparılan vaxt hər hansı bir açıqlamanın verilməsi istintaqın işinə müdaxilə kimi qiymətləndirilə bilər”.

S.Əhmədova bildirib ki, hadisəyə hüquqi qiymət veriləcək:

“Kimin, yaxud kimlərin günahı varsa, onlar qanun qarşısında cavab verəcəklər”.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru