Təyyarəyə silahlı hücum - 2 milyon avro oğurlandı, 1 nəfər öldü
11-04-2019, 00:01
Albaniyanın Rahibə Tereza Hava Limanında silahlı şəxslər uçuşa hazırlaşan təyyarəyə hücum ediblər.
“Posta.az” DHA-ya istinadən xəbər verir ki, soyğunçular Avstriya Hava Yollarına məxsus təyyarədən 2 milyon avro oğurlayıblar. Polislərlə atışma zamanı 1 cinayətkar öldürülüb. Digərləri isə qaçmağı bacarıblar.
Məlumata görə, oğurlanan pul xarici banklardan birinə məxsus olub.