Oqtay Şirəliyev Əkbər Ağayevi vəzifəsindən azad etdi

27-11-2019, 10:00           
Oqtay Şirəliyev Əkbər Ağayevi vəzifəsindən azad etdi
Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru işdən çıxarılıb.
Teref.az Unikal.org-a istinadən xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə, Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru Əkbər Ağayev vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Nazirin digər əmri ilə həmin vəzifəyə Tural Rzayev təyin edilib. T.Rzayev bu təyinata qədər 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri işləyib.

Xəbəri Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzindən təsdiqləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru