Çovdarovun əsas adamı nədə ittiham olunur? - Vəkili etiraz edir

9-12-2015, 15:11           
Çovdarovun əsas adamı nədə ittiham olunur? - Vəkili etiraz edir
“Hüquqlarını müdafiə etdiyim Loğman Abdullayevin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edilməsi düzgün deyil”.

Bunu APA-ya açıqlamasında vəkil Bəxtiyar Hacıyev deyib. O bildirib ki, L. Abdullayevin Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı başlanan cinayət işinə adiyyatı yoxdur: “İstintaq orqanı iddia edir ki, Loğman Abdullayev Milli Təhlükəsizlik Nazirliyinin adından istifadə edərək dələduzluq edib. Loğman Abdullayev bu il iyulun 6-da Türkiyədən Azərbaycana gələrkən hava limanında saxlanılıb. O, heç vaxt həmin nazirlikdə çalışmayıb. Hazırda cinayət işi üzrə istintaq araşdırması aparılır”.

Qeyd edək ki, bəzi KİV-lərdə L. Abdullayevin MTN əməkdaşı olması, Akif Çovdarovun göstərişlərini yerinə yetirməsi barədə məlumatlar yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru