Məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək! - Müdafiə Nazirliyi xəbərdarlıq etdi

9-12-2015, 16:02           
Məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək! - Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Azərbaycan Ermənistana xəbərdarlıq etdi

Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcəkdir".

Strateq.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru