Mehtiabad yollarına ayrılan pullar hara gedib - Şikayət

10-12-2015, 13:30           
Mehtiabad yollarına ayrılan pullar hara gedib - Şikayət
teref.aznun elektron poçtuna Mehdiabad qəsəbəsindən şikayət daxil olub.
Sosial problemlərdən şikayətlənən şikayətçi yazır:
" Hörmətli redaksiya biz Mehtiabad qəsəbəsi Natavan kucəsində bu kucə yaranandan yasayiriq. 25 ildir bu kucənin yolunu biz necə salmışiqsa elədə qalib. Şəkildə gördüyünuz kücə Mozambikdə deyil, Abşeron Rayonu Mehtiabad qəsəbəsi Natavan kucəsidir. Kücə əhalisinin 90 faizi Qərbi Azərbaycan qaçqinlaridir."
Küçənin şəklini teref.azya göndərən şikayətçi yazır:
" Prezident hər il Abşeron rayonunun qəsəbələrinin yollarinin abadlaşdirilmasi üçün büdçədən miliyon dollar pul ayirir.Bəs hani.Nə Mehtiabad qəsəbə bələdiyyəsi nə Abşeron İcra numayəndəliyi hələ 1 maşin bu yola qum bələ tökdürməyiblər.O zaman sual olunur hani Prezidentin budcədən yollarimiz ücün ayirdigi pullar.
Təsəvvur edin 4 il əvvəl kücənin yarisina kanalizasiya xətti cəkildi yarisi qaldi. Su xətti isə bizim özumuzun 25 il əvvəl öz hesabimiza cəkdiyimiz pasli turbadan olan xətdir. Sual olunur Azersuya Natavan kücəsi ücün ayrilmis 1.4 miliyon azn kimin cibinə gedib.
Hörmətli redaksiya yəgin ki sizə yolladigimiz olan Natavan kücəsinin şəklini Abşeronun təzə xanim icra başçisina yollayacaqsiz. Nəzərə alin ki 10 gun əvvəl butun kuçənin sakinləri adindan imza toplayaraq Abşeron hakimiyyətinin rəsmi elektorn poçtuna fotolari sikayət ərizəlarimizi və Natavan kücəsindəki umumu uzunlugu 300 metr olan yolumuzun biyabirci vəziyyətini yollamişiq. Ama hələki yeni icra başcisindan bir xəbər yoxdur."
Şikayətçi sonra teref.azya yazır:
"Neft 140 dollara olanda yol cəkməyənlər, Prezidentin ayirdigi budçə pulunu basib yeyən Abşeron rayon İH və Mehtabad Bəllədiyyəsi büdcəmiz boşalanda yol, su və kanalizasya cəkilişinin necə aparacaqlari sual dogurur.
Bizdə olan məlumata gorə Natavan kücəsinə su xətti və kanalizasiya cəkilib adi altinda Azersu 300 metrlik yola 380 min azn pul silib. Buyursunıar dovlət komisiyasi gəlsin baxsin bu kuçəyə 1 azn xərclənibmi?
Yol ücün isə bildiyimizə gorə 250 min azn ayrilib, onuda Abşeron İH və Mehtabad bələdiyyəsi basib yeyiblər.Natavan kucəsi indiyə kimi nəyinki asfalt, heç qum ortuyu görməyib.
aAtiq kücə sakinləri Prezident İlham Əliyevə şikayət ərizəsidə yazib
ANS TV və Xəzər tv kanallarını Mehtabad qəsəbəsi Natavan Kücəsinə çəklişə dəvət edəcik."
Beləliklə Mehtiabad qəsəbəsinin Natavan küçəsinə baxanda görürsən ki, həqiqətən bu küçəyə heç 1 manatda vəsait qoyulmayıb. Hər halda əlaqədər təşkilatlar bu şikayətlə maraqlanarlar.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.