5 manatlıq cinayət və Nəqliyyat Nazirliyinin işləməyən nömrələri...

11-12-2015, 15:00           
5 manatlıq cinayət və Nəqliyyat Nazirliyinin işləməyən nömrələri...
18 nömrəli marşrut avtobusunun sürücüsü sərnişinə saxta 5 manatlıq əskinaz qaytarıb.

Bu barədə Moderator.az-a adının açıqlanmasını istəməyən bir xanım məlumat verib.

Onun sözlərinə görə, Mərkəzi Univermağın yanından Elmlər Akademiyası istiqamətində hərəkət edən 18 nömrəli marşrut avtobusundan saat 14:25-də Milli Məclisin qarşısındakı dayanacaqda düşüb. Düşərkən gediş haqqını ödəmək məqsədilə sürücüsüyə 20 manatlıq əskinaz verib. Sürücü ona üç "5" manatlıq, dörd “1”manatlıq və 80 qəpik qalıq qaytarıb. Xanım yolu qarşı tərəfə keçdikdən sonra pulu pulqabına qoyarkən 5 manatlığın birinin saxta olduğunu görüb. Təxminən bir saat sonra 18 nömrəli marşritların dispetçerinə yaxınlaşıb və hadisə barədə məlumat verib. Dispetçerin cavabı isə o olub ki, həmin saatda həmin dayanacaqdan hansı avtobusun keçdiyini bilmir. Və xanıma təklif edib ki, axşama qədər orada gözləsin və hansı aftobus olduğunu özü tapsın.

Qeyd edək ki, bu kimi hallar rəsmən cinayətdir və ilk dəfə deyil ki, baş verir. Bu kimi hallarla rastlaşan sərnişinlər əgər səbrli olub cinayət törədən sürücünü tapa bilirlərsə sürücü and-aman edir ki, xəbərsiz olub. Və üzr istəyərək etdiyi cinayəti öz aləmində ört-basdır etməyə çalışır. Yox əgər bizə müraciət edən xanım kimi işə tələsirsə, o zaman sürücünün necə deyərlər “bayramı” olur.

Hadisə ilə bağlı Nəqliyyat Nazirliyinin 567-85-21"qaynar xətt"inə zəng vursaq da cəhdlərimiz boşa çıxdı. Telefonun o biri tərəfindən eşitdiyimiz cavab belə oldu: “Hörmətli abunəçi, yığdığınız nömrə mövcud deyildir”. Daha sonra Nəqliyyat Nazirliyinin saytında qeyd olunmuş 431-74-37 nömrəsinə yığdıq. O nömrədən eşitdiyimiz cavab da əvvəlkindən fərqlənmədi: “Hörmətli abunəçi, aradığınız nömrə təəssüf ki, daxil olan zəngləri qəbul etmir”.

Bəs görəsən Nəqliyyat Nazirliyinin rəsmi saytında mövcud olmayan nömrələrin qeyd edilməsi hansı maraqlara xidmət edir? Bu və ya digər neqativ hallarla rastlaşan sərnişinlər hara və kimə müraciət etməlidirlər?
Təəssüflər olsun ki, sürücü tərəfindən aldadılmış sərnişinə polisə gedərək hadisə barədə məlumat verməsini tövsiyə etməkdən başqa cavab tapmadıq. Ancaq ümid edirik ki, Nəqliyyat Nazirliyinin məsələ ilə bağlı hansısa cavabı olacaq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.