Qarabağda məhv edilən erməni snayper kimdir?

14-12-2015, 08:18           
Qarabağda məhv edilən erməni snayper kimdir?
Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi erməni snayper Qazaxıstandan gəlibmiş.

Azvision.az-ın məlumatına görə, dekabrın 11-i səhər saatlarında, cəbhədə öldürülən 20 yaşlı erməni snayper Karen Qriqoryan hərbi xidmətdən əvvəl ailəsi ilə birlikdə Qazaxıstanda yaşayıb. 18 yaşı tamam olan Qriqoryan Azərbaycanın işğal olunmuş torpaqlarında qeyri-qanuni hərbi xidmət keçmək üçün ötən il Qarabağa yollanıb.

Azərbaycanlı snayperin açdığı atəşdən ağır yaralanan Karen Qriqoryan 1 gün sonra, hərbi qospitalda ölüb. Əslən Ararat rayonunun Masis qəsəbəsindən olan Qriqoryan orada da basdırılıb. Qondarma rejimin “prezidenti” Bako Sahakyan tərəfindən erməni əsgər ölümündən sonra, “hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. (karabakh-wp.com)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru