Sabiq nazirin oğlu sərxoş halda yol polisini təhqir etdi - HARINLIQ
14-12-2015, 21:36
Bakıda yol polisi tərəfindən saxlanılan sürücü itaətsizlik göstərib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dekabrın 11-də saat 04:30 radələrində yol polisi Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 45 ünvanının qarşısında “Lexus” markalı 10 AR 900 nömrə nişanlı avtomobili saxlayıb. Bakı şəhər Baş Polis İdarəsi Yol Patrul Xidmətinin inspektoru, polis serjantı Fərid Əkbərov sürücü, 1980-ci il təvəllüdlü Orucov Kamran Əlisaab oğlunun sərxoş olduğunu bildirib və onu tibb məntəqəsində müayinədən keçməyə dəvət edib.
Bu zaman sürücü yol polisinə qarşı təhqiramiz ifadələr işlədib və müqavimət göstərib.
Polis serjantı hadisə ilə bağlı raport yazaraq aidiyyatı üzrə təqdim edib.
Qeyd edək ki, yol polisinin barəsində raport yazdığı Kamran Orucov sabiq ədliyyə naziri və baş nazirin müavini Əlisaab Orucovun oğludur.