Sumqayıtın bələdiyyə sədri işdən getdi

15-12-2015, 11:36           
Sumqayıtın bələdiyyə sədri işdən getdi
Sumqayıt bələdiyyyəsinin sədri Əbülfəz Babayev öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bu barədə “Belediyye.info”ya Sumqayıt bələdiyyəsindən məlumat veriblər.

Məlumatda deyilib ki, bələdiyyənin növbədənkənar iclasında sədrin istefa ərizəsi müzakirə edilib və səs çoxluğu ilə qəbul edilib.

Sədr müavini Sultan Əsədov faktı təsdiq edərək bildirib ki, yaxın bir həftə ərzində bələdiyyənin iclasında yeni sədrin adı məlum olacaq.

Qeyd edək ki, Əbülfəz Babayev on il müddətinə Sumqayıt bələdiyyəsinin sədri vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru