Dağ siçanı yeyən kişi 22 nəfəri xəstəliyə yoluxdurdu

17-08-2020, 17:11           
Dağ siçanı yeyən kişi 22 nəfəri xəstəliyə yoluxdurdu
Monqolustan Səhiyyə Nazirliyi daha bir şəxsin bubonik vəba xəstəliyinə tutulduğunu və bu şəxslə əlaqəyə girən 22 nəfərin karantində olduğunu açıqlayıb.

Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan 37 yaşlı kişinin Monqolustanın qərbində yerləşən Xovd əyalətində xəstəliyə yoluxduğu bildirilir.
Nazirlik yaşlı kişinin dağ siçanı yeməsi nəticəsində xəstələndiyini açıqlayıb. Kişinin vəziyyətinin kritik olduğunu ifadə edən nazirlik vətəndaşlara bu heyvanın ətini yeməmələri mövzusunda dəfələrlə xəbərdarlıq edib.

Qeyd edək ki, Monqolustanda bu il 12 bubonik vəba xəstəliyi qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru