Mirzəcan Xəlilovun şirkətinə 7 milyon manatlıq tender verildi

17-08-2020, 20:09           
Mirzəcan Xəlilovun şirkətinə 7 milyon manatlıq tender verildi
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Azərsutəchizattikinti” ASC-dir.

Qalib şirkətə 6 685,5 min manat ödəniləcək.

Xatırladaq ki, “Azərsutəchizattikinti” 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 24 442 manat, qanuni təmsilçisi isə Milli Məclisin V çağırış deputatı Mirzəcan Xəlilovdur. //Report//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru