Prezident suda batan iki qızı xilas edib

18-08-2020, 00:00           
Prezident suda batan iki qızı xilas edib
Portuqaliya prezidenti Marselu Rebelu de Souza qəhrəmanlıq nümunəsi göstərib.

O, çimərlikdə istirahət zamanı suda batan iki qızın həyatını xilas edib.



Marselu Rebelu de Souza

Bizimyol.info xəbər verir ki, dövlət başçısı Alqarvedə ikigünlük istirahət zamanı qızların kanoedən suya düşdüyünü görüb. 71 yaşlı prezident dərhal suya atılıb. Qızları xilas etməyə ona hidrosikllə özünü hadisə yerinə çatdıran bir nəfər də kömək göstərib.

Prezident sonradan danışıb ki, qızlar başqa çimərlikdə dincəlirmiş. Külək onları fərqli səmtə atıb. Müvazinətini saxlaya bilməyən qızlar suya düşüb.

Marselu Rebelu de Souza məhz ölkə sərhədləri daxilində istirahət etməyi xoşlayır. O, Portuqaliyanı az qala qarış-qarış gəzir.

Avropa ölkəsində prezidentin böyük səlahiyyətləri yoxdur. İcraedici hakimiyyət Marselu Rebelu de Souzanın əlində deyil. Amma o, böhran vaxtı parlamenti buraxa bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru