Norveç xüsusi xidmət orqanları Rusiyaya işləyən casusu yaxaladı

18-08-2020, 10:25           
Norveç xüsusi xidmət orqanları Rusiyaya işləyən casusu yaxaladı
Rusiya kəşfiyyat zabiti ilə görüşəmdən sonra bir Norveç vətəndaşı həbs edilib. O, məxfi məlumatları xarici dövlətə ötürməkdə ittiham olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press” (AP) məlumat yayıb.

Norveç təhlükəsizlik xidməti, həbs olunan şəxsin gördüyü işlər sayəsində xarici dövlət üçün maraq doğuran məlumatlara sahib olduqlarını bildirib.

Norveçlinin şəxsiyyəti açıqlanmayıb. AP-nin məlumatına görə, şübhəlinin vəkili onun günahını etiraf etmədiyini bildirib. Məhkəmə prosesi bağlı qapılar arxasında baş tutacaq. Həbs olunan şəxsə 15 il həbs cəzası verilə bilər.

Yerli media bunun sənaye casusluğu olduğunu bildirib. Neft və qaz sənayesi və bərpa olunan enerji mənbələri sahəsində ixtisaslaşan DNV GL həbs olunan şəxsin bunun üçün çalışdığını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru