Maşınını cızdığı üçün iki nəfəri güllələdi - VİDEO

18-08-2020, 11:15           
Maşınını cızdığı üçün iki nəfəri güllələdi - VİDEO
Rusiyada kişi yolda tikinti-bərpa işləri zamanı maşınını cızan iki fəhləni güllələyib.

“LifeShot” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiya paytaxtında baş verib.

Bildirilir ki, 45 yaşlı Adlan Qayerbekovun binanın həyətində park etdiyi “Toyota Land Cruiser” markalı avtomobili traktorun ehtiyatsız sürülməsi səbəbindən cızılıb. O, fəhlələrlə dalaşıb, sonra isə cibindən tapançanı çıxararaq, onlara atəş açıb.

Fəhlələrdən biri hadisə yerində ölüb, digəri isə omba nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən qaçan Qayerbekov hazırda axtarışdadır.
oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru