İran gəmisinə Aralıq dənizində basqın olub: "Gəmiyə partlayıcı maddə atılıb..."

12-03-2021, 23:28           
İran gəmisinə Aralıq dənizində basqın olub:
Aralıq dənizində İran gəmisinə basqın olub.

Mia.az İran mediasına istinadla xəbər verir ki, bu barədə İranın Dövlət Gəmiçilik Şirkətinin sözçüsü Əli Giyasiyan yerli mətbuata açıqlama verib.

O bildirib ki, martın 10-da Avropaya gedən İranın ticarət gəmisinə partlayıcı maddə atılıb:

"Bu, bir terror hücumudur. Hadisə nəticəsində gəmidə yanğın olub, ciddi ziyan dəyib. Lakin gəmidə olanlar zərər görməyib".

Hadisənin dənizin hansı istiqamətində baş verdiyini açıqlaamayn sözçü deyib ki, bu cür hücumlar beynəlxalq hüquqa ziddir: "Bu, eyni zamanda, dəniz quldurluğudur. Təqsirkarların müəyyənləşməsi üçün nbütün gərəkli addımlar atılacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru