Rusiya FHN-in növbəti pirotexniklər qrupu Azərbaycana gəldi - VİDEO

25-03-2021, 14:04           
Rusiya FHN-in növbəti pirotexniklər qrupu Azərbaycana gəldi - VİDEO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud olan qarşılıqlı xoşməramlı münasibətlər çərçivəsində işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatlarında iştirak etmək üçün Rusiya FHN-in növbəti pirotexniklər qrupu martın 24-də ölkəmizə gəlib.

Sfera.az-ın Fövqəladə Hallafr Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 25 nəfər təcrübəli mütəxəssisdən ibarət olan bu qrup artıq 3 aylıq fəaliyyətini başa vuraraq Rusiyaya geri dönən digər qrupu əvəz edəcək. Gəncə Beynəlxalq Hava Limanında rusiyalı pirotexnikləri Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev qarşılayıb.

Qeyd edək ki, Rusiya FHN-in pirotexniklər qrupu işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını Azərbaycan FHN-in bu sahədə ixtisaslaşmış qüvvələri ilə birlikdə icra edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru