Suriyanın Latakiya vilayətinin Sonovber Cible bölgəsində Əhrar əş-Şam və Bəyan Hərəkatı qruplaşmalarının bomba quraşdırılan avtomobili partlatması nəticəsində xeyli rus generalı həyatını itirib və yaralanıb.
Axar.az xəbər verir ki, “Anadolu Agentliyi”nin yaydığı məlumatda sözügedən qruplaşmaların bu hücuma 15 gün müddətində hazırlaşdıqları qeyd edilir. Avtomobil quraşdırılan bomba rus generalların toplantı keçirdiyi zaman partladılıb.
Qeyd edək ki, az öncə partlayış anının kamera qeydləri yayılmışdı. [media=https://www.youtube.com/watch?v=peelK9Fzpmc]