Taleh Bağırzadənin məhkəməsi zamanı aksiya keçirilib: həbs olunanlar var

2-03-2016, 02:39           
Taleh Bağırzadənin məhkəməsi zamanı aksiya keçirilib: həbs olunanlar var
"Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadənin məhkəməsi zamanı aksiya keçirmək istəyən bir qrup şəxs saxlanılıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, fevralın 19-da Nəsimi Rayon Məhkəməsində Taleh Bağırzadənin məhkəmə prosesi zamanı 15-20 nəfər şəxs məhkəmənin inzibati binasının qarşısında aksiya keçirməyə cəhd göstərib.

Aksiyaya təşəbbüs zamanı 9 nəfərin saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparıldığı, barələrində müvafiq sənədləşmə aparılaraq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərildiyi deyilir.

Saxlanılanların ad-soyadları barədə də musavat.com-a məlumat daxil olub. Onlardan Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Murad Şahin oğlu Qurbanov, 1993-cü il təvəllüdlü Lətif Xalid oğlu Cəfərli və əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş 1986-cı il təvəllüdlü Rəvan İlham oğlu İsmayılov inzibati qaydada həbs edilib.

Digər saxlanılanlar 1969-cu il təvəllüdlü Səbuhi Yurik oğlu Səlimov, 1978-ci il təvəllüdlü Elnurə Rafiq qızı Zeynalova, 1964-cü il təvəllüdlü Həsən Abbas oğlu Mustafayev, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olmuş 1970-ci il təvəllüdlü Rövşən İsib oğlu Məhərrəmli, 1992-ci il təvəllüdlü Səxavət Ədalət oğlu Hüseynov və 1985-ci il təvəllüdlü Elçin Eldar oğlu Ağayev xəbərdarlıq edilərək sərbəst buraxılıblar.

Xatırladaq ki, "Müsəlman Birliyi" Hərəkatının rəhbəri Taleh Bağırzadə 2015-ci ilin noyabr ayının 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru